Əli Həsənov: ”Qətnamələr hələ də kağız üzərində qalır”
02 noyabr 2013 11:13 (UTC +04:00)

Əli Həsənov: ”Qətnamələr hələ də kağız üzərində qalır”

Dünən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkili Klaudio Kajadonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Lent. az-ın məlumatına görə, görüşdə Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Bildirilmişdir ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.

Əli Həsənov vurğulayıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul olunub. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır.

Nazir deyib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Baş nazirin müavini həmçinin Azərbaycan ilə Braziliya arasında əlaqələrdən danışıb.

Klaudio Kajado ətraflı məlumata görə Əli Həsənova təşəkkürünü bildirib, Azərbaycanda onlara göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirdiklərini vurğulayıb.

O, nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələrin hələ də icra olunmamasından təəssüfləndiyini  bildirmişdir.

Sonda qonaqlara Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən məlumat kitabçası və videodisk təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716
avatar

Oxşar yazılar