Əli Həsənov: “Bu, dezinformasiyadır”
17 aprel 2013 11:55 (UTC +04:00)

Əli Həsənov: “Bu, dezinformasiyadır”

0

“Azərbaycanda prezidentin səlahiyyət müddətinin 7 ilə qədər artırılacağı ilə bağlı bəzi media orqanlarında dərc olunan məlumat tamamilə yanlışdır”.


 

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

 

Şöbə müdiri Azərbaycanın siyasi sisteminin - prezident, parlament və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin, bölgü prinsiplərinin Azərbaycan Konstitusiyasında əks olunduğunu xatırladıb, belə təşəbbüslərin olmadığını qeyd edib: “Belə təşəbbüsə ehtiyac da yoxdur”.

 

O qeyd edib ki, gələcəkdə Azərbaycan vətəndaşları bu və ya digər məsələləri qaldıracaqsa, bunu referendum yolu ilə həll etmək olar: “Hazırda isə belə bir təşəbbüs yoxdur, bu dezinformasiyadır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1849

Oxşar yazılar