Əli Həsənov: “Azərbaycan-Rusiya əməkdaşlığı hər iki dövlətin maraqlarına cavab verir”
12 may 2014 21:54 (UTC +04:00)

Əli Həsənov: “Azərbaycan-Rusiya əməkdaşlığı hər iki dövlətin maraqlarına cavab verir”

“Rusiya ilə qarşılıqlı maraq doğuran və xoş qonşuluq əlaqələri Azərbaycanın xarici siyasətinin prioritet sahələrindəndir”.

 

APA – nın Rusiyanın Həştərxan şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Həştərxanda Heydər Əliyev Fondunun 10 illiyi ilə bağlı keçirilən tədbirdə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

 

O, qeyd edib ki, hazırda Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt ilə inkişaf edir və hər iki dövlətin maraqlarına cavab verir: “Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlıq edir. Hər iki ölkə rəhbərlərinin birgə səyləri sayəsində XXI əsrin əvvəllərində Azərbaycan və Rusiya arasında əlaqələr strateji əməkdaşlıq səviyyəsinə yüksəlib”.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478
avatar

Oxşar yazılar