Əli Həsənov: “... bir əsas şərtimiz var”
24 may 2013 15:02 (UTC +04:00)

Əli Həsənov: “... bir əsas şərtimiz var”

 “Almaniya ilə münasibətlər Azərbaycanın Avropa ilə əməkdaşlığında xüsusi önəm daşıyır”.


 

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Azərbaycanın Avropa yolu: irəliləyişlər və potensiallar” mövzusunda Almaniya-Azərbaycan dialoq forumundakı çıxışında deyib. O bildirib ki, Azərbaycanın Almaniya ilə tarix boyu yaxşı münasibətləri olub: “Biz gələcəkdə də Almaniya ilə münasibətlərimizi davam etdirmək istəyirik. Almaniya Avropanın ən böyük dövlətlərindən biridir, Avropa Birliyində həlledici rola malikdir. Avropanın digər qurumlarında bu ölkənin həlledici rolu var. Avropa ölkələrinin bugünkü maliyyə böhranından çıxarılmasında, onların ümumi inteqrativ xətt ətrafında daha sağlam mövqelərdə bərqərar olmasında Almaniyanın rolu danılmazdır. Biz bu rolu tanıyırıq. Amma eyni zamanda Avropa və Almaniya ilə münasibətlərdə bizim bir əsas şərtimiz və tələbimiz var. Bu da Azərbaycanın milli maraqlarının nəzərə alınması, ölkəmizin müstəqil siyasətinin dəstəklənməsi, xalqımızın seçiminə və iradəsinə hörmətlə yanaşılmasıdır. Hesab edirəm ki, bu prinsiplər qətiyyən bizim münasibətlərimizə ziyan gətirmir, əksinə, eyni prinsiplərlə biz də Avropa xalqlarının siyasətinə hörmətlə yanaşırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616
avatar

Oxşar yazılar