Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüşüb. Bu barədə Lent.az-a YAP-dan məlumat verilib.
Görüşdə qeyd edilib ki, Azərbaycanda prezident seçkilərinin təbliğat – təşviqat mərhələsi beynəlxalq standartlara uyğun səviyyədə başa çatıb. Görüşdə o da vurğulanıb ki, seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün yüksək şərait təmin edilib.