Əli Əhmədov beynəlxalq müşahidəçilərlə görüşdü
04 sentyabr 2013 15:13 (UTC +04:00)

Əli Əhmədov beynəlxalq müşahidəçilərlə görüşdü

Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov avqustun 4-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta və missiyanın siyasi təhlilçisi Vadim Zdanoviç ilə görüşüb. Lent.az-ın məlumatına görə, beynəlxalq müşahidəçilər missiyasının Azərbaycanda fəaliyyətə başlamasının məmnunluq doğurduğunu qeyd edən YAP-ın Sədr müavini Əli Əhmədov seçki prosesinin qiymətləndirilməsi baxımından müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət verildiyini söyləyib. 
Tana de Zulueta isə Azərbaycan hökumətinin seçki prosesinin ilk gündən müşahidəsinin aparılması istiqamətində atdığı addımın təqdirəlayiq olduğunu qeyd edib. 
Görüşdə seçkilərə hazırlıq və seçki kampaniyasının təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 335

Oxşar yazılar