Eldəniz Quliyev: “İsa Qəmbərin çıxışı gülünc göründü” - YENİLƏNİB
04 dekabr 2013 17:44 (UTC +04:00)

Eldəniz Quliyev: “İsa Qəmbərin çıxışı gülünc göründü” - YENİLƏNİB

“Eldar Namazova bir təşəkkür də etmədilər”


 

“Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsi təklifini etirazla qarşılayan İsa Qəmbərin çıxışı, “başqa ölkənin vətəndaşı fəxri sədr seçiləcəyi halda asıb-kəsəcəyik” deməsi nəinki zəif arqument idi, hətta gülünc göründü”. Bunu APA-ya açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev söyləyib.

 

E.Quliyev deyib ki, Milli Şuranın güclənməsində maraqlı olanlar Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsinə səs veriblər: “Məni çox ağrıtdı, çox təəssüf hissi keçirdim ki, bunlar niyə belə edirlər. Bəlkə elə bir şey var ki, biz bilmirik. Ona görə sessiyadan sonra da İsa Qəmbərdən Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə qarşı olmasının səbəbini soruşdum. İsa Qəmbər mənə tutarlı bir cavab vermədi. Buradan belə nəticə hasil olur ki, onlar qara otaqda qara pişik axtarırlar, özü də bilirlər ki, orada pişik yoxdur”.

 

E.Quliyev Milli Şuranın İcra Aparatının rəhbəri postundan istefa verən Eldar Namazova sessiyada münasibətdən də narazı qaldığını dilə gətirib: “Eldar Namazov işinin çoxluğu ilə bağlı Rüstəm İbrahimbəyova İcra Aparatı rəhbəri postundan istefası ilə bağlı müraciət edib, Cəmil Həsənli də sessiyada bunu söylədi. Amma içimdən bir sızıltı keçdi. Hamı bilir ki, Eldar Namazov olmasaydı, Milli Şura yaranmaz, bir-birini qəbul etməyən, bir-birinin arxasınca danışan insanlar bir araya gəlməzdi. Eldar Namazovun Milli Şuranın İcra Aparatının rəhbəri postundan getməsini elə adi qarşıladılar ki… Eldar Namazova bir təşəkkür etmək lazım idi, onu da etmədilər. Belə şeylər adamı, şəxsən məni siyasətdən iyrəndirir. Eldar Namazov Milli Şurada sıravi üzv kimi qalacaq, ancaq gücünü əsasən “El” Hərəkatının güclənməsinə, fəaliyyətinə sərf edəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1011
avatar

Oxşar yazılar