Milli Şuranın 3 sentyabrdakı sessiyasında baş verən ən maraqlı hadisə EL hərəkatı rəhbərlərinin sessiyaya qatılmaması olub.
Musavat.com aydınlaşdırıb ki, “EL” hərəkatının rəhbər kadrosuna aid simaların Milli Şuranın sessiyasına qatılmaması təsadüfi baş verməyib. Belə məlum olur ki, onlar Milli Şuranın digər komponentləri ilə bir sıra məsələlərdə ixtilaf yaşayırlar. Üstəlik onların Milli Şurada təşəbbüsə sahiblənmiş Müsavat və AXCP-dən küskünlükləri yaranıb. Səbəb sadədir – EL rəhbərliyi iddia edir ki, bu təşkilatlar istintaq altında olan EL-çiləri müdafiə etməyib, bəyanatlar verməyib, lazım olan diqqəti göstərməyib...
Məhz bu səbəblərə görə bu gün Milli Şuranın sessiyası, həm də “EL” in rəhbəri Eldar Namazovun təşəbbüsü ilə boykot olunub.
Sessiya başlamazdan öncə E. Namazovla danışıqlar aparılıb, lakin bunun heç bir faydası olmayıb.
Yaxın günlərdə Milli Şuranı təsis edən 6 partiyanın rəhbərlərinin ortadakı narazılıqlarla bağlı toplantısı gözlənilir.