Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) gərginlik yaranıb.
Lent.az-ın verdiyi məlumata görə, KXCP sədri Mirmahmud Mirəlioğlunun mövqeyini dəyişərək Milli Şuraya meyllənməsi və Milli Şura ilə bağlı namizədlər siyahısı açıqlaması partiyanı qarışdırıb.
KXCP-nin rəhbərliyində təmsil olunanların və fəalların əhəmiyyətli qismi hesab edir ki, namizədlər siyahısında KXCP üzvlərinin çoxluq təşkil etməməsi və cəmiyyətdə heç bir nüfuzu olmayan adamların həmin siyahıya salınması yanlışdır. Dünən isə “El” Hərəkatının sədri Eldar Namazov KXCP-yə gələrək Mirmahmud Mirəlioğlu ilə danışıqlar aparıb və Mirmahmud Mirəlioğlu da Milli Şurada təmsil olunmağa razılıq verib. Narazılar Mirmahmud Mirəlioğlunu 180 dərəcə mövqe dəyişməkdə qınayırlar və Milli Şura məsələsi ilə bağlı partiyadan istefa verə biləcəklərini vurğulayırlar.
Qeyd edək ki, mayın 21-də KXCP Milli Şuraya namizədlər siyahısını açıqlayıb. KXCP- nin Milli Şuraya təklif etdiyi namizədlərin siyahısında Adil Qeybulla, Akif Nağı, Akif Şahbazov, Arif Əliyev, Arif Hacılı, Aslan İsmayılov, Aytəkin İmranova, Bəxtiyar Hacıyev, Bəybala Əbil, Cəmil Həsənli, Elçin Şıxlı, Eldar Namazov, Eldar Salayev, Eldəniz Quliyev, Elşad Musayev, Emin Milli, Etibar Məmmədov, Ədalət Tahirzadə, Əhməd Oruc, Əli Abbasov, Əli Kərimli, Əli Məsimli, Ənnağı Hacıbəyli, Ərəstun Oruclu, Əvəz Temirxan, Firudin Cəlilov, Flora Kərimova, Fuad Ağayev, Fuad Mustafayev, Füzuli Axundov
Gültəkin Hacıbəyli, Hacı İlqar İbrahimoğlu, Hacı Zakir Quliyev, Hacıbaba Əzimov, Həsən Kərimov, Hicran Kərimli, Hikmət Hacızadə, İbrahim İbrahimli, İkram İsrafil, İqbal Ağazadə ,İlham Hüseynli, İlqar Məmmədov, İltizam Əkbərli, İlyas İsmayılov, İntiqam Əliyev, İsa Qəmbər, İsa Sadıqov, İsgəndər Həmidov, Qubad İbadoğlu, Qulamhüseyn Əlibəyli, Qulu Məhərrəmli, Qurban Məmmədov, Lalə-Şövkət Hacıyeva, Mahir Əsədov, Maşallah Abdullayev, Mehman Əliyev, Mehriban Vəzir, Məryəm Həsənova, Mətləb Mütəllimli, Mirmahmud Mirəlioğlu, Mirvari Qəhramanlı, Mirzə Sakit, Mirzə Xəzər, Mövsüm Səmədov, Musa Yaqub, Nazim İmanov, Nəsib Nəsibli, Novella Cəfəroğlu, Oqtay Gülalıyev, Pənah Hüseyn, Rafiq Əlyev, Ramiz Fətəliyev, Ramiz Rövşən, Rəhim Hüseynov, Rəhman Bədəlov, Rəsul Quliyev, Rəşid Hacılı, Rüstəm Behrudi, Rüstəm İbrahimbəyov, Sabir Rüstəmxanlı, Sabit Bağırov, Səmədbəyli Arzu, Sərdar Cəlaloğlu, Sülhəddin Əkbər, Şamil Yusifov, Şirməmməd Hüseynov, Tahir Kərimli, Tamerlan Qarayev, Tofiq Qasımov, Vahid Əhmədov, Vaqif Səməd oğlu, Vəfa Quluzadə, Vidadi İsgəndərli, Vidadi Mirkamal, Vurğun Əyyub, Yaqub Məmmədov, Yaşar Cəfərli, Yusif Bağırzadə, Zəfər Quliyev, Zəminə Dünyamalıyeva və Ziya Əsədovun adı var.