“El” Hərəkatının sədri Eldar Namazov Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Müsavat və AXCP tərəfindən etirazla qarşılanan son fikirlərini prezident seçkilərindən sonra yeni mərhələnin başlaması ilə əlaqələndirib.
O, Lent.az-a açıqlamasında deyib ki, son bir ayda Milli Şuraya Milli Şuraya daxil olan ayrı-ayrı partiyaların, ictimai təşkilatların rəhbərləri onlarla müsahibə verib və onların müsahibələrində də uzlaşan və uzlaşmayan məqamlar olub.
“El” Hərəkatının sədri qeyd edib ki, hər kəsin, o cümlədən Rüstəm İbrahimbəyovun fikirlərinə hörmətlə yanaşır: “Yeni mərhələ başlayıb və yeni mərhələdə də yenidən həm maraqları, həm yanaşmaları müzakirə edib, uzlaşdırmaq lazımdır. Güman edirəm ki, Milli Şuranın növbəti sessiyalarında da Milli Şuranın gələcək planları ilə bağlı müzakirələr zamanı müxtəlif fikirləri uzlaşdıra biləcəyik”.
Qeyd edək ki, R. İbrahimbəyov mətbuata son müsahibəsində bildirib ki, heç vaxt heç bir partiyanın üzvü olmayıb, Müsavatın və AXCP üzvlərinin çoxu isə kommunist olub. R. İbrahimov Müsavat Partiyasının onun Milli Şuranın fəxri sədri olmasına etirazını isə ciddi saymadığını, bir-iki partiyanın başqanının mövqeyinin onun üçün əsas olmadığını bəyan edib. R. İbrahimov yalnız dostlarının məsləhəti ilə Milli Şuranın fəxri sədrliyindən istefa verə biləcəyini vurğulayıb.