Elçibəyin qardaşı oğlu Türkiyədə səfərdədir
30 sentyabr 2013 17:29 (UTC +04:00)

Elçibəyin qardaşı oğlu Türkiyədə səfərdədir

Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyası (AMAC) Təşkilat Komitəsinin üzvləri Türkiyədə səfərdədir.

 

Lent.az-ın verdiyi məlumata görə, AMAC Təşkilat Komitəsinin sədri Hürrü Əliyev, Təşkilat Komitəsinin üzvləri Rafiq Turabxanoğlu, Həsən Qasımov və Azər Talıbov ilk olaraq Anıt Qəbri, Məhəmməd Əmin Rəsulzadə və Böyük Birlik Partiyasının mənəvi lideri Möhsün Yazıcıoğlunun məzarlarını ziyarət ediblər.

 

Daha sonra Azərbaycan Kültür Dərnəyinin Ankara  ofisində dərnəyin başqanı Cəmil Ünal, başqan yardımçısı Səlcuq Onalla görüş keçirilib. Görüşdə Azərbaycandakı durum, AMAC-ın yaranma səbəbi, partiyanın cəmiyyətə təqdimat prosesi və hədəfləri haqqında məlumat verilib. Cəmil Ünal  AMAC-a mənəvi dəstək verəcəklərini söyləyib.

 

Böyük Birlik Partiyasının mərkəzi qərargahında partiyanın baş katibi Üzeyir Tuncla görüşdə Hürrü Əliyev AMAC-ın yaranma zərurəti , məramı və məqsədi, Əbülfəz Elçibəy və Möhsün Yazıcıoğlunun dostluqları haqqında danışıb. Üzeyir Tunc AMAC-a fəaliyyətində uğurlar arzulayıb. AMAC Təşkilat Komitəsinin üzvlərinin oktyabrın 2-də Böyük Birlik Partiyasının sədri  Mustafa Dəstəçi ilə görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

 

Təşkilat Komitəsinin üzvləri Milliyətçi Türkiyə Partiyasının sədri Ahmet Yılmaz və baş katib Ferrux Kapancıoğlu ilə görüşüblər. Hürrü Əliyev MTp rəhbərliyini AMAC-ın qurultayına dəvət edib. Ahmet Yılmaz AMAC-ın Rəsulzadə-Elçibəy yolunun layiqli davamçısı olacağına inamını ifadə edib. O bildirib ki, ““Qarabağın azadlığı, Azərbaycanın bütövlüyü həm də Türkiyənin və bütün Türk Dünyasının məsələsidir”.

 

Qeyd edək ki, Hürrü Əliyev Əbülfəz Elçibəyin qardaşı oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440
avatar

Oxşar yazılar