Ekmələddin İhsanoğlu Qarabağ münaqişəsindən danışdı
29 oktyabr 2013 14:55 (UTC +04:00)

Ekmələddin İhsanoğlu Qarabağ münaqişəsindən danışdı

0

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi onun nüfuzuna zərbə vurur, Dağlı Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının mümkünlüyünə insanların inamını sarsıdır”.


 

APA-nın xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

 

İclas dünyada sülh və təhlükəsizliyin təmin olunmasında BMT-İƏT əməkdaşlığına həsr olunub. O qeyd edib ki, İƏT Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsindən narahatdır: “Tərəfləri münaqişəni sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə, Azərbaycan Respublikasının beynəlxalq hüquq tərəfindən tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırırıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 677

Oxşar yazılar