Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir. Lent.az-ın məlumatına görə, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov, Qətər dövlətinin baş naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, Ukraynanın sabiq prezidenti Leonid Kuçma Azərbaycanın dövlət başçısı İlham Əliyevi 9 oktyabr-prezident seçkilərində əldə etdiyi qalibiyyət münasibəti ilə təbrik ediblər.
“Üçüncü müddətə Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, bu, təkcə Sizə yüksək etimadın təsdiqi deyil, həm də Azərbaycanın bütün vətəndaşlarının xeyrinə siyasi və iqtisadi islahatların həyata keçirilməsi üçün mandatdır ”- deyə, Kuçmanın təbrikində deyilir.