Dövlət başçısı Dağıstan prezidentini qəbul edib
26 dekabr 2013 17:13 (UTC +04:00)

Dövlət başçısı Dağıstan prezidentini qəbul edib

0

Prezident İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycanla  Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin genişləndirilməsində ölkəmiz ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Dağıstan Respublikası arasında əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

 

Dövlət başçısı İlham Əliyev Dağıstan prezidenti R. Abdulatipovun ölkəmizə səfərinin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, eləcə də Dağıstan Respublikası ilə tarixi və mədəni köklərə əsaslanan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

 

Prezident İlham Əliyev səfərin iqtisadi sahədə əməkdaşlığa dair məsələlərin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını deyib.
R. Abdulatipov Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Dağıstanla Azərbaycan arasında münasibətlərin fəal şəkildə davam etdirilməsinə önəm verdiyini söyləyib.

 

Prezident İlham Əliyev görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyətinin bir hissəsinin Dağıstanla bağlı olmasını da məmnunluqla xatırlayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1146

Oxşar yazılar