Təhsil Nazirliyində kadr təyinatları aparılıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Təhsil nazirinin əmri ilə Fariz Rzayev Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir vəzifəsinə təyin edilib.
F. Rzayev 2000-2013- cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.
Qeyd edək ki, nazirin ötən həftə imzaladığı müvafiq əmrlərə əsasən Ceyhun Bayramov Təhsil Nazirliyi aparatının rəhbəri, İlham Pirməmmədov təhsil nazirinin müşaviri vəzifəsinə təyin edilmişdi.