Ərdoğan Qarabağ problemini Putinlə müzakirə edəcək
21 noyabr 2013 12:11 (UTC +04:00)

Ərdoğan Qarabağ problemini Putinlə müzakirə edəcək

0

“Ermənistandan dəvət – adi prosesdir. Bu məqama xüsusi diqqət yönəltməyimiz lazım deyil”.

Lent. az-ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın Türkiyə və Azərbaycanı Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) toplantısına dəvət etməsinə münasibət bildirərkən belə deyib.

 

Davudoğlu bildirib ki, belə iclaslar sədrlik edən ölkədə keçirilir və bütün üzvlər dəvət edilirlər. Bu səbəbdən, dəvəti fövqəladə hadisə saymağa gərək yoxdur: “Bu yaxınlarda İlham Əliyev Türkiyədə olarkən, biz həmişəki kimi Qarabağ probleminin tənzimlənməsini, Türkiyə, Azərbaycan və Ermənistan arasındakı münasibətləri geniş müzakirə etdik. Prosesin sürətlənməsi hamımızın arzusudur. Noyabrın 19-da İlham Əliyevlə Serj Sərkisyan da görüşüb. Danışıqlar davam edir. Elə həmin gün bu məsələni Con Kerri ilə geniş müzakirə etdim. Sabah isə baş nazirimiz Rəcəb Tayyip Ərdoğanla birgə Moskvaya gedəcəyəm. Orada gündəmimizdə Qafqazla bağlı problemlər də yer alacaq. Biz bu məsələni Vladimir Putinlə də müzakirə edəcəyik”.

 

Nazir Türkiyə - Ermənistan münasibətlərinin də normallaşdırılmasını arzuladıqlarını əlavə edib: “Bunun üçün Azərbaycanla Ermənistan arasındakı problemlər həllini tapsın və sülhməramlı qərarlarla Cənubi Qafqazda davamlı sülh bərqərar olsun. Bunun üçün biz nə lazımdırsa, edəcəyik. Təmaslar davam edir, Türkiyə istənilən birgə addımı atmağa hazırdır”.

 

Davudoğlu Ermənistanın dəvətinin ən yaxın vaxtlarda müzakirə olunacağını və qərarın ictimaiyyətə açıqlanacağını bildirib.

 

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Tiqran Balayan dekabrın 12-də İrəvanda keçiriləcək QDİƏT-in toplantısına Türkiyə və Azərbaycandan olan həmkarlarının da dəvət edildiyini açıqlayıb.El

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1138

Oxşar yazılar