Davudoğlu Ermənistanla münasibətlərin normallaşması şərtlərindən danışdı
07 dekabr 2013 11:31 (UTC +04:00)

Davudoğlu Ermənistanla münasibətlərin normallaşması şərtlərindən danışdı

“Protokollar yazılı mətnlərdir. Əsas olan şüurlardakı maneələri aradan qaldırmaqdır”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “Habertürk”ə müsahibəsi zamanı Ermənistana səfəri ilə bağlı jurnalistin sualına cavabında deyib.

 

Ə. Davudoğlu bildirib ki, şüurlarda olan maneələri aradan qaldırmaq və bölgədə qarşılıqlı münasibətləri normallaşdırmaq üçün üç istiqamətli  siyasət həyata keçirilməlidir: “Mən bunu azərbaycanlı qardaşlarımıza dəfələrlə söyləmişəm, Ermənistanın xarici işlər naziri və prezidenti ilə görüşlərdə onlara da demişik. Birinci istiqamət iki qonşu dövlət olan Türkiyə ilə Ermənistanın ikitərəfli əlaqələridir. Biz bu əlaqələrin ən yaxşı səviyyədə olmasını istəyirik. İkinci istiqamət iki qonşumuz – Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünə hörmət əsasında ikitərəfli əlaqələrinin yaxşılaşmasıdır. Üçüncü məsələ isə türk və erməni xalqlarının, yəni Parisdə, San-Fransiskoda, başqa yerlərdə birlikdə qəhvə içən, söhbət edən, “Beşiktaş”, “Fənərbağça” və “Qalatasaray”a azarkeşlik edən və bu barədə müzakirələr aparan insanların – yəni iki xalqın bəzi mövzularla əlaqədar aralarında mövcud olan psixoloji baryerlərin aradan qaldırılmasıdır. Bu üç istiqamətli siyasət eyni anda həyata keçirilərsə, çox uğurlu bir sülh layihəsi yaranmış olar”.

 

Qeyd edək ki, Ə. Davudoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasına qatılmaq üçün dekabrın 12-də Ermənistana səfər edəcək.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1015
avatar

Oxşar yazılar