Daha iki rayonda prokurorluq yaradılır
05 oktyabr 2013 00:30 (UTC +04:00)

Daha iki rayonda prokurorluq yaradılır

Prezident İlham Əliyev Xocavənd Rayon Prokurorluğunun və Bakı şəhəri Pirallahı Rayon Prokurorluğunun yaradılması haqqında sərəncam imzalayıb.

 

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, həmin sənəddə bildirilib: «Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Xocavənd Rayon Prokurorluğu yaradılsın.
2. Bakı şəhəri Pirallahı Rayon Prokurorluğu yaradılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Xocavənd Rayon Prokurorluğunun və Bakı şəhəri Pirallahı Rayon Prokurorluğunun yaradılması ilə əlaqədar olaraq həmin qurumların fəaliyyətinin təşkili üçün onların bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədi ilə tədbirlər görsün;
3.2. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1621
avatar

Oxşar yazılar