Slovakiya prezidenti İvan Qaşparoviç Azərbaycanın dövlət başçısı İlham Əliyevi təbrik edib. Lent.az-ın məlumatına görə, təbrik məktubunda deyilir: “Zati-aliləri! İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim. Bu xoş fürsətdən istifadə edərək Slovakiya Respublikasının ölkələrimiz arasında qarşılıqlı marağa, o cümlədən iqtisadi-ticari sahələrdə faydaya söykənən əməkdaşlığı davam etdirməyə maraq göstərdiyini təsdiq etmək istəyirəm. Zati-aliləri, Sizə cansağlığı, ölkənizin və onun vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.
Daha bir Avropa ölkəsindən prezident İlham Əliyevə təbrik
1074