Dağlıq Qarabağla bağlı qanun layihəsi Ermənistan parlamentində müzakirə olunacaq
21 oktyabr 2013 17:24 (UTC +04:00)

Dağlıq Qarabağla bağlı qanun layihəsi Ermənistan parlamentində müzakirə olunacaq

“Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi Ermənistan parlamentində müzakirəyə çıxarılacaq.


 

APA-nın “Lragir.am”a istinadən xəbərinə görə, bunu Ermənistan parlamentinin bu gün keçirilən ilk plenar iclasında spiker Ovik Abramyan bildirib.

 

Onun sözlərinə görə, “İrs” parlament fraksiyasının katibi Zarui Postancanyanın təşəbbüsü ilə hazırlanmış layihə gələn həftənin çərşənbə axşamı parlamentdə müzakirə olunacaq.

 

Ermənistan parlamentinin Beynəlxalq məsələlər komitəsi qanun layihəsinin plenar iclasın gündəliyinə salınmasına müsbət rəy verməyib. Bu səbəbdən “İrs” fraksiyası layihəni növbədənkənar məsələ kimi gündəliyə salıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638
avatar

Oxşar yazılar