Azərbaycanda prezident seçkiləri ilə bağlı cəzaçəkmə müəssisələrində də səsvermə prosesi keçirilir.
APA-nın əməkdaşının verdiyi məlumata görə, 14 saylı Xəzər Dairə Seçki Komissiyasının 9 saylı Cəzaçəkmə müəssisəsində yaradılmış 37 saylı məntəqənin siyahısında 290 nəfər seçicinin adı qeyd olunub. Saat 11.00-a olan məlumata görə, onlardan 235 nəfər səs verib.
Məhkumlar səsvermənin şəffaf şəkildə keçirildiyini deyiblər.
Mətbuat nümayəndələri digər cəzaçəkmə müəssisələrində keçirilən səsvermə prosesini də izləyəcəklər.