Yenidən prezident seçilməsi münasibətilə İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir. Lent. az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, Çex Respublikasının prezidenti Miloş Zeman məktubunda iki ölkə arasında dostluq münasibətlərinin, həmçinin ticarət əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib.
Qeyd edək ki, İlham Əliyevi BMT baş katibinin müavini, Cenevrə ofisinin rəhbəri Kasım-Comart Tokayev, mədəniyyət məsələləri komitəsinin sədri David Çikvaidze, Rusiya Federasiyasının Vladimir vilayətinin qubernatoru Svetlana Orlova, İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov və UNESCO-nun baş direktoru İrina Bokova da təbrik edib.