Cəmil Həsənlinin şəklini cırana 25 sutka həbs
28 sentyabr 2013 12:17 (UTC +04:00)

Cəmil Həsənlinin şəklini cırana 25 sutka həbs

Azərbaycanda prezidentliyə namizədin şəklini cıran daha bir nəfər həbs edilib.

 

Nərimanov Rayon MəhkəməsindənAPA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 30 yaşlı Şahin Şamil oğlu Rzayev dünən paytaxtın Ağa Nemətulla küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən tablodan prezidentliyə namizəd Cəmil Həsənlinin şəklini cırarkən Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

 

Onun barəsində protokol tərtib edilərək materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş. Rzayev 25 sutka inzibati həbsə məhkum edilib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli də prezidentliyə namizədlərin şəkillərini cırdığı üçün 25 sutka inzibati həbsə məhkum edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692
avatar

Oxşar yazılar