Cəmil Həsənli ilə Lalə Şövkətin görüşü baş tutdu
09 sentyabr 2013 19:59 (UTC +04:00)

Cəmil Həsənli ilə Lalə Şövkətin görüşü baş tutdu

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli sentyabrın 9-da Liberal Partiyasının lideri Lalə Şövkətlə görüşüb. Məlumatı “Media forum” saytına ALP sədri Əvəz Temirxan verib.
 
Əvəz Temirxanın sözlərinə görə, Lalə Şövkət görüşdə Cəmil Həsənliyə dəstək ifadə edib: “Lalə xanım Cəmil bəyə söz verdi ki, seçki kampaniyasında onu dəstəkləyəcək. Dəstəyin hansı formada olacağı seçki kampaniyası dövründə məlum olacaq. Vəziyyətə uyğun addım atılacaq”.
 
Əvəz Temirxan bildirib ki, görüşdə Lalə Şövkətin Milli Şuradan çıxması məsələsi müzakirə olunmayıb.
 
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli isə görüşlə bağlı deyib: “Seçkiqabağı duruma, Azərbaycandakı vəziyyətə, Milli Şura ilə bağlı bir sıra məsələlərə toxunduq. Səmərəli bir fikir mübadiləsi oldu. Liberal Partiyasının Milli Şurada qaldığı bildirildi”.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642
avatar

Oxşar yazılar