Bu gün Böyük Britaniyanın Kral İnstitutunun dəvəti ilə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və qurumun İcra Aparatının rəhbəri Eldar Namazov Londona səfərə gedib.
Bu barədə APA-ya E. Namazov özü məlumat verib. O bildirib ki, iki gün davam edəcək səfərdə məqsəd Milli Şuranın beynəlxalq əlaqələrinin genişləndirilməsi, Azərbaycandakı ictimai-siyasi vəziyyət və seçkiqabağı vəziyyətlə bağlı müzakirələr aparmaqdır: “Səfər çərçivəsində Böyük Britaniyanın beynəlxalq əlaqələr üzrə Kral İnstitutunda, İngiltərə parlamentində görüşlər nəzərdə tutulub”.
E. Namazov qeyd edib ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov da görüşdə iştirak etmək üçün sentyabrın 12-də Londona gedəcək.