Cəmil Həsənli mətbuat konfransı keçirdi
10 oktyabr 2013 13:48 (UTC +04:00)

Cəmil Həsənli mətbuat konfransı keçirdi

Prezidentliyə namizədliyi “Demokratik Qüvvələrin Milli Şurası” Təşəbbüs Qrupu tərəfindən irəli sürülmüş Cəmil Həsənli seçkilərin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

 

APA-nın məlumatına görə, C. Həsənli bildirib ki, seçkilərin azad və ədalətli keçirilməsi istiqamətində beynəlxalq təşkilatların mövqeyi nəzərə alınmayıb: “Biz nəticələrin ləğv edilməsi istiqamətində mübarizə aparacağıq”.

 

C. Həsənli qeyd edib ki, onlar Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyaların keçirilməsi planlaşdırılır: “Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Seçkinin nəticələrinə qarşı qanun çərçivəsində mübarizə aparacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2374
avatar

Oxşar yazılar