Çaylardakı vəziyyət açıqlandı
11 oktyabr 2013 15:52 (UTC +04:00)

Çaylardakı vəziyyət açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-130, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-100, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. 


Oktyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 135 m3/s, ongünlük normanın 80 faizinə bərabərdir. 2012-ci ildə bir qədər az olmaqla 123,0 m3/s və ongünlük normanın 73 faizini təşkil edib. Oktyabrın 11-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 145 m3/s olmaqla, ongünlük normanın 136 faizinə bərabərdir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə üç dəfə az olmaqla 46,0 m3/s təşkil edib və ongünlük normanın 43 faizinə bərabər olub.
 

Oktyabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Kür çayının Surra məntəqəsində 11, Şirvanda 17, Araz çayının Novruzlu məntəqəsində 19 sm artım qeydə alınıb, lakin Salyanda və Bankədə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 361 sm (2012-ci il oktyabrın 11-də 327 sm), Şirvanda 219 sm (2012-ci il oktyabrın 11-də 185 sm ), Salyanda 145 sm (2012-ci il oktyabrın 11-də 143 sm ), Bankədə 197 sm (2012-ci il oktyabrın 11-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 93 sm (2012-ci il oktyabrın 11-də 121 sm) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826
avatar

Oxşar yazılar