CAR-da 28 May – Respublika Günümüz qeyd olunub
23 may 2013 16:20 (UTC +04:00)

CAR-da 28 May – Respublika Günümüz qeyd olunub

Mayın 22-də  Cənubi Afrika Respublikasının (CAR) inzibati paytaxtı Pretoriyada Azərbaycan Respublikasının CAR-dakı səfirliyi tərəfindən 28 May – Respublika Gününə həsr edilmiş ziyafət təşkil edilib.

 

Azərbaycanın CAR-dakı səfirliyindən Lent.az-a verilən məlumata görə, tədbirə ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrin, Azərbaycan və Türk icmasının nümayəndələri, ötən il təsis edilmiş “Azərbaycanın Dostları” yerli qeyri hökumət təşkilatının üzvləri, yerli KİV-lər və iş adamları qatılıblar.

 

Ziyafət tədbirində hər iki dövlətin himninin səsləndirilməsindən sonra Azərbaycanın CAR-dakı səfiri  Elxan Poluxov açılış nitqi ilə çıxış edib. Azərbaycan və 28 May – Respublika Günü barədə məlumat verən Elxan Poluxov səfirliyin təsis edildikdən sonra iki il ərzində fəaliyyəti, dövlətlər arası əlaqələrin inkişafı, baş tutmuş qarşılıqlı səfərlər və səfirliyin perspektiv planları barədə danışıb.

CAR Milli Ticarət Departamentinin üzvü , Milli Lotereya Şurasının sədri, professor Alfred Nevhutanda yerli ictimaiyyət adından Azərbaycan və ingilis dillərində çıxış edib. Azərbaycanda 2007-ci ildə olduğunu bildirən Alfred Nevhutanda ölkəmizi öz ikinci vətəni hesab etdiyini söyləyib və Azərbaycanda gedən inkişaf prosesini nümunəvi adlandırıb. CAR ilə Azərbaycan Respublikası arasında əlaqələri qiymətləndirən Alfred Nevhutanda ölkəmizin hər zaman CAR-a kömək əlini uzatmağa qadir olduğunu vurğulayıb.

 

Cənubi Afrika Dövləti adından çıxış edən Sosial İnkişaf Departamentinin Baş direktoru Koseko Pakade Azərbaycan Respublikasını 28 May – Respublika Günü münasibətilə ürəkdən təbrik edib və CAR-ın Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verdiyini bildirib. O, Azərbaycan Respublikasının CAR-da Səfirlik tərəfindən təmsil olunmasının ölkələr arasında ikitərəfli münasibətlərin dərindən inkişaf etməsinə töhfə verəcəyinə inandığını vurğulayıb. 

 

Elxan Poluxov və Koseko Pakade tərəfindən üzərində Azərbaycan və CAR bayraqları əks olunmuş tort kəsilib və qonaqlar milli və müxtəlif xarici təamlardan ibarət ziyafət masasına dəvət olunublar. Onlara üçün milli suvenir və xalçalardan Azərbaycan guşəsi təşkil edilib. Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697
avatar

Oxşar yazılar