Buxarestdə Dağlıq Qarabağdan danışdılar
08 oktyabr 2013 15:02 (UTC +04:00)

Buxarestdə Dağlıq Qarabağdan danışdılar

Qətnamədə deyilir ki, Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğalına son qoyulmalıdır


 

Oktyabrın 5-də Rumıniyanın paytaxtı Buxarest şəhərində dünyanın ən böyük siyasi gənclər təşkilatı - Avropa Xalqlar Partiyası Gənclik Təşkilatının Prezidentlər Şurasının forumu keçirilib.

 

Forumda qəbul edilmiş “Gələcək Şərq Tərəfdaşlığı” adlı qətnamədə Avropa Azərbaycan Cəmiyyətinin (AAC) lobbiçilik fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bənd daxil edilib.

 

AAC-dan APA-ya verilən məlumata görə, həmin bənddə deyilir ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olmuş 4 qətnamə (822, 853, 874, 884) həyata keçirilməli və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun Ermənistan tərəfindən işğalına son qoyulmalıdır.

 

Qeyd edək ki, Buxarest sammiti 2013-cü il noyabrın 28-29-da Vilnüsdə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığının üçüncü sammiti çərçivəsində təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866
avatar

Oxşar yazılar