Almaniyalı deputatların Dağlıq Qarabağa səfəri şəxsi təşəbbüs əsasında gerçəkləşdirimiş səfərdi. Bunu APA-ya açıqlamasında Almaniyanın Bakıdakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı Aytəkin Məhərrəmova almaniyalı deputatların Dağlıq Qarabağa səfərini şərh edərkən deyib. Səfirlik əməkdaşı bildirib ki, bu səfər haqqında Almaniya Federal hökumətinə heç bir məlumat verilməyib.
Sentyabrın 12-də Almaniya Bundestaqının deputatı Yurgen Klimke Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə səfər edib.
Xatırladaq ki, Xankəndində onu orada yaşayan erməni icmasının təmsilçiləri, habelə Ermənistan parlamentinin deputatları – Ermənistan –Almaniya Dostluq qrupunun sədri Artak Davtyan, qrupun üzvləri Vaan Ovannisyan, Ermənistan Xarici İşlər Nazirliyi Avropa İdarəsinin birinci katibi Aşot Smbatyan müşayiət edib.
Qarabağdakı erməni icmasının təmsilçiləri alman deputatın gəlişindən məmnunu olduqlarını bildiriblər.
Yurgen Klimke isə öz növbəsində deyib: «Çeşidli mənbələrdən qiyabi olaraq, öyrənməkdənsə, bir dəfə gəlib hər şeyi öz gözlərimlə görmək istədim».