MSK Əli Əhmədovun deputat mandatını ləğv edib - YENİLƏNİB
12 noyabr 2013 17:52 (UTC +04:00)

MSK Əli Əhmədovun deputat mandatını ləğv edib - YENİLƏNİB

Komissiyasının iclası keçirilib.


APA-nın məlumatına görə, iclasın gündəliyinə MSK-nın 16 oktyabr və 17 oktyabr tarixli iclas protokollarının təsdiq edilməsi, IV çağırış Milli Məclisin deputatı Əli Əhmədovun səlahiyyətlərinə xitam verilməsi, 14 saylı Xəzər Seçki Dairə Komissiyasının tərkibində dəyişiklik edilməsi, MSK-ya daxil olmuş müraciətə baxılması məsələləri daxil edilib.

 

İclası açan MSK sədri Məzahir Pənahov 12 noyabr Konstitusiya Günü barədə danışıb, təbrikini çatdırıb. Daha sonra Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılıb.

 

MSK katibi Arifə Muxtarova deyib ki, Əli Əhmədov Azərbaycan Respublikasının prezidenti tərəfindən baş nazirin müavini təyin edilib. Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.

 

Onun sözlərinə görə, Ə, Əhmədov oktyabrın 28-də MSK-ya müraciət edərək, deputat mandatının ləğv olunmasını xahiş edib.

 

Məsələ səsverməyə çıxarılaraq qəbul edib. Ə. Əhmədovun deputat mandatı ləğv olunub.

 

****

16/11

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq.


 

MSK-dan APA-ya verilən məlumata görə, Konstitusiyaya uyğun olaraq, Azərbaycan Respublikasının prezidenti tərəfindən baş nazirin müavini təyin edilmiş Əli Əhmədovun deputat səlahiyyətlərinə xitam verilməlidir.

 

Qeyd edək Ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1537
avatar

Oxşar yazılar