Milli Məclisin deputatları Asim Mollazadə və Fuad Muradov Belçikanın paytaxtı Brüsseldə “Azərbaycanda insan hüquqları: prezident seçkiləri ərəfəsində ifadə və sərbəst toplaşma azadlığı” mövzusunda keçirilən dəyirmi masada iştirak ediblər. Bu barədə Lent.az-a Milli Məclisdən məlumat verilib.
Səfər çərçivəsində deputatlarımız bir sıra görüşlər keçirib, Azərbaycan və Avropa parlamentləri arasında əməkdaşlıq məsələləri, qarşıda duran vəzifələr barədə söhbətlər aparıblar.
Millət vəkillərinin səfəri artıq başa çatıb.