Braziliyanın Azərbaycandakı səfiri gedir
10 aprel 2013 17:48 (UTC +04:00)

Braziliyanın Azərbaycandakı səfiri gedir

0

 

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arrudanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Braziliya arasında ikitərəfli münasibətlərin son illər inkişaf etməsindən məmnunluq ifadə edilmiş və əməkdaşlığın daha da inkişaf etdirilməsi vacib sayılıb.

Elmar Məmmədyarov ölkələrimiz arasında siyasi münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirib. Görüşdə iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi barədə razılıq əldə olunub. Elmar Məmmədyarov Sergio de Souza Fontesə gələcək fəaliyyətində uğurlar arzulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 511

Oxşar yazılar