Böyük Britaniyanın yeni səfiri Bakıya gəlib
06 sentyabr 2013 11:21 (UTC +04:00)

Böyük Britaniyanın yeni səfiri Bakıya gəlib

Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri İrfan Sıddık Bakıya gəlib.


 

Bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Səfir Azərbaycan prezidenti İlham Əliyevə öz etimadnamələrini təqdim etdikdən sonra rəsmən fəaliyyətə başlayacaq.

 

İ. Sıddık 1998-ci ildən Britaniya XİN-də çalışır. O, diplomat kimi Hindistan, Misir, Suriya, İraq və ABŞ-da fəaliyyət göstərib. İ. Sıddık Cek Strou və Marqaret Bekket xaric işlər naziri vəzifəsində çalışarkən onların şəxsi katibi olub.   

 

Xatırladaq ki, yeni səfir bu vəzifədə Piter Beytmanı əvəz edəcək.

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar