Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda yeni təyinat həyata keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Aleksandra Oboladze Bolnisi rayonuna icra başçısı (qamqebeli) təyin edilib.
Qeyd edək ki, A.Oboladze 1975-ci ilin fevral ayının 25-də Xaşuri şəhərində anadan olub. O, 1998-ci ildə İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin filologiya, 2003-cü ildə isə hüquq fakültəsini bitirib. A.Oboladze 2004-2005-ci illərdə Tiflisin Vake-Saburtalo rayonunda vəkil işləyib, həmçinin müstəntiq, QHT mərkəzində vətəndaşların hüquq müdafiəsi üzrə vəkil, Xalq Müdafiəçisi aparatında aparıcı mütəxəssis, “Gürcü Arzusu” koalisiyasında hüquqşünas və digər təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb.
A.Oboladze 2012-ci ildən 2013-cü ilin sentyabrın 10-dək Gürcüstan Cəzaçəkmə, Probasiya və Hüquqi Yardım Nazirliyinin hüquqi yardım və şərti cəzalandırma departamentinin rəis müavini, habelə Milli şərti cəzalandırma agentliyinin rəis müavini vəzifələrində işləyib.