BMT-nin insan haqları üzrə ekspertləri Azərbaycan hökumətini 9 oktyabrda keçiriləcək prezident seçkiləri öncəsi vətəndaş cəmiyyətinin və hüquq müdafiəçilərinin işinə dəstək olmağa çağırıblar.
APA-nın BMT mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, BMT-nin toplaşma, birləşmə, ifadə azadlıqları və hüquq müdafiəçilərinin vəziyyəti üzrə həmməruzəçiləri birgə bəyanatlarında Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri və hüquq müdafiəçilərinin işini çətinləşdirən vəziyyətin yaranmasından narahatlıqlarını bildiriblər.
Ekspertlər qeyd ediblər ki, 2012-ci ildə “Sərbəst toplaşma azadlığı” haqqında qanuna edilən düzəlişlər təşkilatçılara nərədə tutulan cəzaları gücləndirib. Onların fikrincə, beynəlxalq normalara cavab verən nümayişlərin keçirilməsinə icazə verilməsi vacibdir.
BMT nümayəndələri Azərbaycan hökumətini 2012-ci il Milli Fəaliyyət Planında nəzərdə tutulan diffamasiyanın dekriminallaşdırılması barədə vədini yerinə yetirməyə çağırıblar.
Bəyanata hüquq müdafiəçilərinin vəziyyəti üzrə həmməruzəçi Marqaret Sekaqqiya, dinc toplaşma və birləşmə azadlığı hüququ üzrə həmməruzəçi Mayna Kay, ifadə azadlığının müdafiəsi və təşviqi üzrə həmməruzəçi Frank La Rue imza atıblar.