Binəqədidə Heydər Əliyevin 90 illik yubileyi qeyd edilib
30 aprel 2013 18:27 (UTC +04:00)

Binəqədidə Heydər Əliyevin 90 illik yubileyi qeyd edilib

Bakının Binəqədi rayonunda İcra Hakimiyyətinin təşkilatçılığı ilə millət vəkillərinin, rayon idarə və müəssisə rəhbərlərinin, təhsil səhiyyə və mədəniyyət müəssisələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Heydər Əliyevin 90 illik yubileyi qeyd edilib. RİH-dən Lent.az-a verilən məlumata görə, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə başlayan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, elmin, təhsilin, mədəniyyətin inkişafının əbədi surətdə Heydər Əliyevin adı ilə bağlı olduğunu, Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələrinin olduğunu bildirib.

 

Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov dünya miqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını söylədi və bu gün Prezident İlham Əliyevin ümummilli liderin şərəfli davamçısı olduğunu vurğulayıb. Milli Məclisin deputatı Eldar İbrahimov isə çıxış edərək dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsi olduğunu və Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsi olduğunu söyləyib. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra bədii hissə ilə davam edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839
avatar

Oxşar yazılar