Beynəlxalq təşkilat rəhbərindən prezidentə təbrik
24 oktyabr 2013 18:00 (UTC +04:00)

Beynəlxalq təşkilat rəhbərindən prezidentə təbrik

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti Isidoros Kouvelos prezident İlham Əliyevi təbrik edib. Lent.az-ın məlumatına görə, təbrikdə deyilir: “Zati-aliləri, hörmətli cənab prezident, Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Sizin qələbəniz zəngin tarixə və sivilizasiyaya malik olan Azərbaycanda demokratiya institutlarının fəaliyyətini gücləndirəcək.
Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə davamlı uğurlar arzu edirəm.
Beynəlxalq Olimpiya Akademiyası və şəxsən mən əməkdaşlığımızın inkişaf edəcəyinə ümidvarıq. Sizə bir daha səmimi təbriklərimi və ən yüksək ehtiramımı çatdırıram”.
 

 

# 373
avatar

Oxşar yazılar