Belarus səfiri səsverməni izləyir
09 oktyabr 2013 13:54 (UTC +04:00)

Belarus səfiri səsverməni izləyir

Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç prezident seçkilərinin gedişini həm də MDB missiyasının üzvü kimi müşahidə edir. Səfir APA-ya açıqlamasında bildirib ki, müşahidə apardığı 36 Saylı IV Xətai Seçki Dairəsinin 36 saylı məntəqəsində olub və heç bir nöqsan qeydə almayıb. Səfir deyib ki, səsvermə öz axarında gedir: “Yaxşı şərait yaradılıb, heç bir qanun pozuntusu yoxdur. Heç bir şikayət daxil olmayıb. Məntəqədə müxtəlif siyasi partiyaların nümayəndələri də müşahidə aparırlar. Aktivlik müşahidə olunur və bu, deməyə əsas verir ki, seçicilər öz düzgün seçimlərini edirlər".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

Oxşar yazılar