Belarus prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.
Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, təbrik məktubunda bildirilir ki, səsvermə prosesində seçicilərin göstərdiyi dəstək İlham Əliyevin yüksək nüfuzunu göstərir: “Ölkənizdəki iqtisadi tərəqqi və vətəndaşların rifah halının yaxşılaşması sizin adınızla bağlıdır”.
A.Lukaşenko İ.Əliyevin ali dövlət vəzifəsində fəaliyyətinin Belarus və Azərbaycan arasındakı strateji əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıb.