Bayram Səfərov: “Azərbaycanlı icması görüşə həmişə hazırdır” - YENİLƏNİB
28 dekabr 2013 13:57 (UTC +04:00)

Bayram Səfərov: “Azərbaycanlı icması görüşə həmişə hazırdır” - YENİLƏNİB

“Dağlıq Qarabağın azərbaycanlı icması görüşə həmişə hazırdır. Ancaq erməni icmasının görüşünü bugünkü Ermənistan hakimiyyəti istəmir”


 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünə münasibət bildirərkən deyib.

 

B. Səfərovun sözlərinə görə, Ermənistan hakimiyyəti, prezident Serj Sarkisyan və onun ətrafındakılar çox gözəl bilirlər ki, azərbaycanlı icması Dağlıq Qarabağda olan ermənilərlə danışsa, iki-üç görüşdən sonra onlara Ermənistan prezidenti lazım olmayacaq: “Onlar Azərbaycan prezidentinin apardığı siyasəti dəstəkləyəcək və Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Sadəcə, vəziyyət belədir ki, onları qorxudurlar, başqa cür informasiyalar verirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512
avatar

Oxşar yazılar