Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin imzatoplama kampaniyası başa çatmaq üzrədir. Lent.az-ın məlumatına görə, bu barədə BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiyanın səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli açıqlama verib.
E.Mirzəbəyli bildirib ki, artıq əksər dairələr üzrə imzalar partiyanın səlahiyyətli nümayəndəsinə təqdim olunub: “Partiyada yoxlama prosesi davam etdirilir. Yəqin ki, bu gün və ya sabah ucqar rayonlar da daxil olmaqla, imzaların təqdim olunması başa çatdırılacaq. Yaxın bir neçə gün ərzində müvafiq sənədlərlə birlikdə imza vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq”.
O, həmçinin bildirib ki, partiyanın ayrı-ayrı rayon təşkilatlarının funksionerləri imzatoplama kampaniyasında kifayət qədər fəal iştirak ediblər.