BAXCP İdarə Heyəti ilin yekunlarını müzakirə edib
23 dekabr 2013 14:37 (UTC +04:00)

BAXCP İdarə Heyəti ilin yekunlarını müzakirə edib

Dekabrın 23-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyadan Lent.az-a daxil olan məlumata görə, iclasda qərarların icra vəziyyəti və ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Eyni zamanda, bildirilib ki, 2013-cü il Azərbaycan üçün bir sıra əhəmiyyətli hadisələrlə yadda qalıb. Bunlar sırasında Vilnüsdə keçirilən 3-cü "Şərq tərəfdaşlığı" sammitində Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş və Bakıda "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi xüsusi olaraq qeyd olunub.

Daha sonra BAXCP İdarə Heyəti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Oxşar yazılar