BAXCP hakimiyyəti əfvə çağırdı
12 may 2014 13:36 (UTC +04:00)

BAXCP hakimiyyəti əfvə çağırdı

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, iclasda ictimai-siyasi vəziyyət, təşkilati və cari məsələlər müzakirəyə çıxarılıb.

 

İctimai-siyasi vəziyyətlə bağlı məsələlərin müzakirəsi zamanı  Azərbaycanın mayın 14-dən etibarən Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlaması müzakirə olunub. BAXCP İdarə Heyəti Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlamasını yüksək dəyərləndirib və bu faktın ölkənin Avropa Şurası ilə, eləcə də bu quruma üzv olan ölkələrlə daha sıx əməkdaşlığa imkan yaratdığını bildirib.

 

BAXCP İdarə Heyəti sabiq millət vəkili Gülər Əhmədovanın həbsdən azad edilməsini humanist addım kimi qiymətləndirib. BAXCP Azərbaycan hökumətini həbslərində siyasi motivlərin olduğu iddia olunan, haqlarında məhkəmə hökmü olan və barələrində həbs qəti imkan tədbiri seçilmiş “Nidaçı”ları və Nemət Pənahlı, Fərəməz Allahverdiyev, Sərdar Əlibəyli, Qurban Məmmədov, Tofiq Yaqublu, İlqar Məmmədov, Əvəz Zeynallını əfv etməyə, Pərviz Həşimov, Rauf Mirqədirov və Anar Məmmədli barəsində seçilmiş həbs qəti imkan tədbirini isə dəyişdirməyə çağırıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591
avatar

Oxşar yazılar