Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyinin müdafiəsi məqsədilə toplanılmış seçici imzaları və digər sənədlər MSK-ya təqdim olunub. Bu barədə Lent.az-a partiyanın səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli məlumat verib.
Onun sözlərinə görə, MSK-ya 92 seçki dairəsi üzrə 883 imza vərəqində 44 150 imza vərəqi təqdim olunub.