Bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (
Bəyanatda qeyd olunub ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin aprelin 4-5-də İrəvanda keçirilmiş toplantısında separatçı rejimlərin dəstəklənməsinə xidmət edən qərar qəbul olunub.
Qeyd edək ki, toplantıda Şərq Tərəfdaşlığı regionunda tanınmayan separatçı (Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı) ərazilərdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Vətəndaş Cəmiyyəti Forumunun Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi, "Şərq Tərəfdaşı regionları" adı ilə onlara 10 yer ayrılması üçün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətləri Forumunun Milli Platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edilib.
BAXCP İdarə Heyəti Azərbaycanın işğal altında olan ərazilərinin "Şərq Tərəfdaşlığı regionu" adı altında ayrıca bir subyekt kimi təqdim olunmasını, eləcə də bu ərazilərdə qanundankənar fəaliyyət göstərən "qeyri-hökumət təşkilatları"na Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətləri Forumunda yer ayrılması üçün müzakirələrə başlanılmasını işğal faktının dəstəklənməsi və separatizmin stimullaşdırılması kimi qəbul etdiyini bildirib və qətiyyətlə pisləyib: "BAXCP bəyan edir ki, hazırda Ermənistan silahlı bölmələrinin işğalı altında olan ərazilər Azərbaycan Respublikasının beynəlxalq hüquqla təsbit olunmuş əraziləridir və bu ərazilərin hər hansı bir hissəsinin, o cümlədən Dağlıq Qarabağın Azərbaycan Respublikasının hüquqi sərhədlərindən kənarda ayrıca bir subyekt kimi təqdim olunması beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. BAXCP Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətləri Forumunun İdarə Heyətindən bu hüquqa zidd və təxribat xarakterli qərarı ləğv etməyi tələb edir və Forumda təmsil olunan Azərbaycan QHT-lərini bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməsi üçün hərəkətə keçməyə çağırır".