Baş prokurorun səlahiyyəti azaldılır
03 may 2013 15:22 (UTC +04:00)

Baş prokurorun səlahiyyəti azaldılır

Azərbaycanda baş prokurorun səlahiyyətində dəyişikliklər edilir.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 32.5-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, baş prokurorun səlahiyyəti məhdudlaşdırılır.

 

Layihəyə görə, məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarından hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illərinin prokurorluqda xidmət illərinə daxil edilməsi prosesi artıq Azərbaycan Respublikasının baş prokuroru tərəfindən aparılmayacaq. Belə ki, maddədən “Azərbaycan Respublikasının baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada” sözləri çıxarılır.

 

Layihə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən artıq parlamentin plenar iclasına tövsiyə olunub.

 

Qeyd edək ki, maddənin hazırda qüvvədə olan variantı belədir: “Prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3913
avatar

Oxşar yazılar