Baş prokuror Dubay məhkəmələrinin  baş direktorunu qəbul edib
17 sentyabr 2013 20:02 (UTC +04:00)

Baş prokuror Dubay məhkəmələrinin baş direktorunu qəbul edib

 Bu gün Azərbaycanın baş prokuroru Zakir Qaralov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubay Məhkəmələri Departamentinin baş direktoru dr. Əhməd Səid Bin Həzimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
APA-nın xəbərinə görə, qonaqları səmimi salamlayan baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edərək ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində prezident İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin davam etdirilməsi və köklü islahatların aparılması barədə ətraflı məlumat verib.
 
Görüşdə BƏƏ Dubay Məhkəmələri Departamenti baş direktoru dr. Əhməd Səid Bin Həzim göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib, ölkəmizin məhkəmə, habelə prokurorluq orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında böyük maraqlarının olmasını diqqətə çatdırıb. Azərbaycan və BƏƏ arasında əlaqələrin sıx olduğunu bildirən qonaq respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
 
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb və iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703
avatar

Oxşar yazılar