Baş nazirin birinci müavini MDB Şurasının iclasında iştirak edəcək
29 may 2013 20:21 (UTC +04:00)

Baş nazirin birinci müavini MDB Şurasının iclasında iştirak edəcək

Baş nazirin birinci müavini Yaqub Eyyubov MDB hökumət başçıları Şurasının mayın 31-də Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək iclasında iştirak edəcək. APA-nın Belarus XİN-ə istinadən verdiyi məlumata görə, iclasda 31 məsələyə baxılacaq. Belə ki, hökumət başçıları MDB ölkələrinin 2020-ci ilə qədər innovasion əməkdaşlığı haqqında dövlətlərarası proqram, humanitar sahədə əməkdaşlıq, o cümlədən ali təhsil sənədlərinin qarşılıqlı tanınması, 2013-2015-ci illərdə təhsil sahəsində əməkdaşlığa dair əsas tədbirlərin planı, MDB ölkələrinə gələn üçüncü ölkə vətəndaşlarının vahid qeydiyyat sisteminin yaradılması və digər məsələləri müzakirə edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393
avatar

Oxşar yazılar