Aprelin 26-da baş nazir Artur Rasizadə ölkəmizdə səfərdə olan Rumıniyanın xarici işlər naziri Titus Korlateanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Rumıniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğu bildirilməklə, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib. Söhbət zamanı görülən işlər və perspektivlər müzakirə edilməklə, energetika, kənd təsərrüfatı, maşınqayırma, ticarət, turizm və başqa sahələrdə, habelə Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağı nəzərə çatdırılıb.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən baş nazir bəzi beynəlxalq qurumların problemə ikili standartla yanaşdığını xatırladıb, bunun məsələnin beynəlxalq hüquq normaları çərçivəsində, respublikamızın ərazi bütövlüyünün təmin olunması şərtləri ilə həllinə alternativ olmadığını vurğulayıb.
Qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Baş nazir: “ Dağlıq Qarabağ probleminə ikili standartla yanaşırlar ”
Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45